Sağlamlıq

COVİD-dən sağalan xəstələrdən qaçmağın əsası varmı? (PROFESSOR)

“Xəstəlik şəxsiyyət göstəricisi ola bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla koronavirusa yoluxan xəstələrdən danışarkən deyib. Onun sözlərinə görə, heç bir viruslu xəstə diskriminasiya oluna bilməz:

“Virusa yoluxan xəstə sağalıb, vəssalam. Biz COVİD-in içində yaşayırıq. Sabah həmin adamlar, yaxud başqaları da bu virusa yoluxa bilər. Cəmiyyətdə mərhəmət hissi də yoxdur. Bütün bunlar məlumatsızlıqdan irəli gəlir. Bizim bütün naqisliklərimizin əsasında intellekt defisiti dayanır, təssüf…”

Adil Qeybulla bildirib ki, koronavirusa yoluxub və sağalan xəstələri görəndə onlardan qaçmaq əslində cəmiyyətə bağlı bir prosesdir:

“Bu, hamının başına gələ bilər. Əslində belə adamların münasibəti xəstələrə qarşı deyil, həmin şəxsin özünün-özünə olan münasibətidir”.

Bənzər yazılar

Back to top button