DünyaSiyasət

Türkiyənin müdafiə naziri: “Ermənistan bunun hesabını mütləq ödəyəcək”

“Ermənistan qurduğu tələnin altında qalacaq və etdiyi işin hesabını mütləq ödəyəcək”.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin müdafiə anziri Hulusi Akar Azərbaycan müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov görüşü zamanı deyib. O, Ermənistanın Tovuza xain hücumunu şiddətlə qınadıqlarını bildirib.

“Azərbaycan türkünün acısı bizim acımızdır. Orda yaşadığınız hər cür sıxıntının burda çox dərin şəkildə hiss edildiyini də hamınızın bilməyinizi istəyirəm. Qanlarının yerdə buraxılmayacağına əminik. Dağlıq Qarabağın qanunsuz işğalını qəbul etməyimizin mümkün olmadığını bütün platformalarda söylədik, söyləməyə də davam edəcəyik. Prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi bu, həqiqətən Ermənistanın boyunu aşan bir təşəbbüsdür. Biz də deyirik ki, bu açdıqları tələnin altında qalacaq, orda boğulacaq və etdikləri işin hesabını mütləq ödəyəcəklər”.

Akar Türkiyənin bundan əvvəl necə Azərbaycanın yanında idilərsə, bundan sonra da olmağa davam edəcəklərini diqqətə çatdırıb:

“Azərbaycanlı qardaşlarımıza edilən hər cür hücuma qarşı bundan əvvəl necə qardaşlarımızla bərabər olmuşuqsa, bundan sonra da olmağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımızla bir və bərabərik, ağrılarını ürəyimizdə hiss edirik, biz Türkiyə Respublikası olaraq Türkiyə Silahlı Qüvvələri olaraq nə etməliyiksə bu günə qədər olduğu kimi bundan sonra da etməyə davam edəcəyik. Buna heç kəsin şübhəsi olmasın”.

Digər tərəfdən Azərbaycan-Ermənistan arasında münaqişələr davam edərkən, Türk Silahlı Qüvvələrinə aid PUA və silahlandırılmış PUA-ların Türkiyə-Ermənistan sərhəd xəttində uçuş gerçəkləşdirdiyi bildirilib.

Bənzər yazılar

Back to top button