Hadisə

İcra başçısı bu marketin geyim şöbəsini bağlatdı (FOTO)

Paytaxtın Sabunçu rayon icra başçısı Adil Vəliyev marketlərdə reyd keçirərək geyim, uşaq oyuncaqları satılan bölmələri bağladıb.

Qaynarinfo-nun xəbərinə görə, onlardan biri də Bakıxanov qəsəbəsində yerləşən “Sərham” marketdir.

Marketin ikinci mərtəbəsində geyim, uşaq oyuncaqları, müxtəlif məişət avadanlıqları satılırdı.

İcra başçısının tələbindən sonra həmin malların üstü örtülüb və satışı dayandırılıb.

A.Vəliyev bu addımını karantin rejimi ilə əlaqələndirib və hazırda Bakıda ərzaq məhsulları istisna olmaqla, geyim, oyuncaq və s. mallar satılan dükanlar fəaliyyətini dayandırıb.

Bənzər yazılar

Back to top button