Digər

Marqarita Simonyan indiki Ermənistanın hayların vətəni olmadığını təsdiq edib

Rusiyanı vətəni hesab edən “Russia Today”in baş redaktoru ermənilərin saxta təbliğatlarına alət olmadığını ortaya qoyub

AzToday.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, “Russia Today” telekompaniyasının baş redaktoru erməni əsilli Marqarita Simonyan ona erməni kökləri ilə tez-tez verilən erməni dilində danışıb-danışmaması və haranı vətəni hesab etməməsi barədə suallara cavab verib: “Mən, valideynlərim, nənəm və babam Rusiyada anadan olublar və bütün ömrüm boyu burada yaşamışam. O halda vətənim Rusiyadır. Ona görə də mən başqa bir vətənə sahib ola bilmərəm”.

Əcdadlarımdan heç biri indiki Ermənistan ərazisinə qədəm qoymayıb

M.Simonyanın sözlərinə görə, Ermənistan onun üçün gözəl bir ölkədir və orada cəmi iki dəfə olub: bir dəfə Rusiya Prezidenti Vladimir Putin ilə işgüzar səfərdə, ikincisi əri Tiqran Keosayan və dostları ilə tətildə.

Ona tez-tez ünvanlanan suala cavab olaraq deyib: “Ritorik sual verim ki, əgər tarixi vətən əcdadlarının gəldiyi yerdirsə, o zaman tarixi vətənim əcdadlarımın gəldiyi Şərqi Aralıq dənizi sahilləridir. Mənə məlum olan əcdadlarımdan heç birinin indiki Ermənistan ərazisinə qədəm qoymamasıdır”.

Valideynlərim erməni ədəbi dilini bilmir və evdə heç vaxt erməni dilində danışmayıblar

“Eyni zamanda mən saf bir erməniyəm, ailəmizdə xaş hazırlayırlar və erməni dilində mahnılar oxuyurlar və mən ənənəvi erməni rəqslərini məmnuniyyətlə ifa edirəm”, – deyə Simonyan bildirib.

M.Simonyan, bununla belə, özünün ermənicə danışmadığını və hətta bu dili anlamadığını etiraf edib: “Hətta valideynlərim erməni ədəbi dilini bilmir və evdə heç vaxt erməni dilində danışmırdılar. Əlbəttə, əcdadlarımızın dilini bilmək çox yaxşı olardı, amma mənə öyrətmədilər və mən isə özümdə əcdadlarımın dilini xarici dil kimi öyrənmək niyyətini hiss etmirəm”.

Beləliklə, vaxtaşırı ermənilərin fəxr etdiyi Marqarita Simonyan onların saxta təbliğatlarına alət olmadığını ortaya qoyub və indiki Ermənistanın hayların vətəni olmadığını təsdiq edib. Rusiyalı baş redaktor, həmçinin əcdadlarının indiki Ermənistan ərazisinə qədəm qoymadığı üçün Rusiyanı özünə vətən hesab etdiyini qətiyyətlə bildirib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button