İŞİD lideri Bağdadi sağdır – Pentaqon

Print Friendly, PDF & Email

ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin sağ olduğunu təsdiqləyib.

Publika.az bildirir ki, Pentaqondan mətbuata verilən məlumata görə, bir neçə həftə əvvəl yayılmış səs yazısı qruplaşma liderinə məxsusdur. Lakin səs qeydinin harda lentə alındığı məlum deyil.

Qeyd edək ki, Bağdadi 46 dəqiqəlik həmin səs yazısında Suriyada təhlükəsizlik bölgələrinin yaradılmasına və Astana danışıqlarına münasibət bildirmiş, Qərbin ünvanına təhdidlər yağdırmışdı.

Əlavə edək ki, 5 ay əvvəl Rusiya aviasiyasının Suriyaya endirdiyi hava zərbələri zamanı Bağdadinin öldüyü iddia edilirdi.