Cəmiyyət

Leysan olacaq, dolu düşəcək (XƏBƏRDARLIQ)

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq edib.

AzToday.az xəbər verir ki, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bənzər yazılar

Back to top button