İqtisadiyyat

Müflis elan edilən banklarda blok olunmuş əmanəti olanların işi asanlaşır (ŞƏRH)

“Bu qərardan sonra vətəndaşlar öz əmanətlərini daha qısa zamanda geri ala biləcəklər”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Baş nazir Əli Əsədovun müflis elan edilən banklarda blok olunmuş əmanətlərlə bağlı Konstitutsiya Məhkəməsinə göndərdiyi sorğudan danışarkən deyib.

Deputat Baş nazirin bu məsələ ilə bağlı göndərdiyi sorğusunu təqdirəlayiq hesab edir:

“Nazirlər Kabinetinin sözügedən məhkəməyə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə müvafiq qanuna şərh verilməsinin zəruriliyi əsaslandırılır. Təklifimizin hökumət tərəfindən dəyəndirilməsi müsbət hal olmaqla yanaşı, bu məsələnin həllini tapması bank sekoruna olan inamın qorunub saxlanması baxımdan da vacibdir. Əvvəllər də qeyd etdiyimiz ki, depozit qəbulu qadağan olunmuş bankların əmanət qəbul etməsi vətəndaşların günahı deyil. Bu baxımdan Baş nazirin məsələ ilə bağlı sorğu göndərməsi təqdirəlayiqdir. Yaxın gunlərdə məhkəmə bununla bağlı öz qərarını açıqlayacaq”.

Deputat bildirib ki, bu qərardan sonra vətəndaşlar öz əmanətlərini daha qısa zamanda geri ala biləcəklər:

“Bütövlükdə, bu məsələ bi daha bank nəzarətinin daha da gücləndirilməsi və əmanətlərin sığortalanmasında yeni mexanizminin tətbiqini bir daha gündəmə gətirir”.

Bənzər yazılar

Back to top button