MN yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirdi

by Aztoday Xəbər Portalı

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumata münasibət bildirib.

“Report”un xəbərinə görə, V.Dərgahlı deyib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır:

“Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”.

Bənzər Yazılar