ManşetSağlamlıq

Koronavirusa yoluxan həkimin ailəsi Mehriban Əliyevaya müraciət etdi

Koronavirusa yoluxan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Xasay Bayramovun yaxınları Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

AzToday.az saytına daxil olan müraciətdə bildirilir ki, süni tənəffüz aparatına Xasay Bayramovun vəziyyəti günbəgün pisləşir.

Müraciəti olduğu kimi təqdim edirik!

“Möhtərəm Mehriban xanım!

Dünyanı cənginə alan dəhşətli pandemiya, COVİD-19 artıq ölkəmizdə də canlar almaqdadır. Hər yerdə olduğu kimi bizdə də əsas təhlükə qrupu bu bəla ilə birbaşa təmasda olan, insanlara gecə- gündüz ləyaqətlə xidmət edən həkimlərimizdir. Artıq çox sayda həkimlərimizin virusa yoluxduğu və bir neçə tanınmış həkimlərin bu bəladan qurtulmadığı da məlumdur.

Virusa yoluxan həkimlərdən biri də Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Xasay Bayramovdur. Xasay həkim aldığı müalicələrə baxmayaraq səhhətində əsaslı irəliləyiş olmamış, ötən gecədən isə daha da pisləşmişdir. Xəstədə artıq total ağciyər çatışmazlığı müşahidə olunur. Kəskin tənəffüz çatışmazlığı o həddə çatmışdır ki, süni tənəffüz aparatının effekti qalmamışdır.

Hörmətli Mehriban xanım!

Belə bir vəziyyətdə biz-Xasay həkimin ailəsi, yaxınları, dostları, həkim kollektivi olaraq sizə müraciət edirik. Artıq dərəcədə xahiş edirik ki bu vəziyyətə birbaşa siz – özünüz nəzarət edəsiniz. Xəstənin EKMO-ya qoşulmasına yardım edəsiniz. İnanırıq ki, məhz sizin sayənizdə savadlı, səriştəli bir həkimi həyata qaytarmaq mümkün olacaq”.

Bənzər yazılar

Back to top button