İdman

Ronaldu bacısının paylaşımına görə cərimələnəcək – (FOTO)

Madeyra adasının hüquq-mühafizə orqanları Kriştianu Ronaldunun 10 yaşlı oğlunun hidrotsikl sürməsiylə bağlı araşdırmalara başlayıb.

Fanat.Az “The Sun” (San) qəzetinə istinadən xəbər verir ki, qalmaqala Ronaldunun bacısı Elmanın sosial şəbəkədə paylaşdığı video səbəb olub.

Belə ki, sözügedən nəqliyyat vasitəsini uşaqların müstəqil olaraq idarə etməsi yasaqdı. Bunun üçün yetkinlik yaşına çatmış şəxslər belə, xüsusi lisenziya almalıdı. Şənbə günü Madeyranın cənubunda yerləşən Pol-du-Marda çəkilən videoya görə futbolçunun cərimə ödəyəcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button