Cəmiyyət

Realliq.info saytının redaktoru ombudsmanla görüşüb

“Realliq.info” saytının redaktoru, ötən il dekabrın 23-də azadlığa çıxmış İkram Rəhimov bu gün ombudsman Səbinə Əliyeva ilə görüşüb.

“Həbsdə olduğum müddətdə mənim işimə göstərdiyi diqqətə görə Ombudsman Aparatına minnətdarlığımı bildirmək qərarına gəldim”, – İ.Rəhimov S.Əliyeva ilə görüşdən sonra Turan agentliyinə bildirib.

Söhbət zamanı redaktor ombudsmanı həbsinin səbəbləri, həmçinin habelə cəzaçəkmə yerlərində vəziyyət barədə məlumatlandırıb.

“Mən ombudsmana bildirdim ki, həbsimin sifarişçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov olub. Onun məqsədi özünün media imperiyasını yaratmaq idi və onun siyasətinə mane olanları kənarlaşdırırdı”, – İ.Rəhimov deyib.

O həmçinin qeyd edib ki, ədalətin bərpası və günahsız olduğunu sübut etmək uğrunda mübarizə aparacaq.

E. Rəhimovun sözlərinə görə, Səbinə Əliyeva əmin edib ki, Ombudsman Aparatı Realliq.info saytının redaktoru ətrafında gələcək vəziyyəti diqqət mərkəzində saxlayacaq.

İ.Kərimov dekabrın 23-də azadlığa çıxıb. Bu barədə onun özü bildirib.

Məhkəmə həbs cəzasının 2/3 hissəsini çəkməsilə əlaqədar onu şərti olaraq vaxtından əvvəl azad edib

“İlk növbədə, qanunsuz həbs müddətində məni dəstəkləyənlərin – dostların, həmkarların hamısına təşəkkür etmək istəyirəm”, – İ.Rəhimov Facebook səhifəsində yazıb.

O hesab edir ki, həbsinin sifarişçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov olub.

“Prezidentin sabiq köməkçisi Əli Həsənovun və onun şəbəkəsinin – Mətbuat Şurasının İdarə Heyətinin bir sıra üzvlərinin ifşası prosesi başlayıb və yaxın gələcəkdə biz hamımız birlikdə yeni mübarizənin şahidi olacağıq”, – İ.Rəhimov vurğulayıb.

Xatırladaq ki, İ.Rəhimov 2018–ci ilin oktyabrında dövlət başçısının o zamankı köməkçisi Əli Həsənovun ünvanına tənqidi açıq məktubun dərcindən sonra həbs edilib.

12 iyun 2018-ci ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb və 30-cu sutkada – sentyabrın 5-də aclığı dayandırıb.

Sentyabrın 18-də Apellyasiya Məhkəməsi CM-in 62-ci (qanunla nəzərdə tutulduğundan az cəzanın təyin edilməsi) maddəsini tətbiq etməklə, həbs müddətini 3 ilədək azaldıb. Bir sıra beynəlxalq jurnalist təşkilatları İ.Rəhimovun barəsində hökmü pisləyiblər.

Bənzər yazılar

Back to top button