ABŞ-da tarixin ən böyük aylıq büdcə kəsiri qeydə alındı

by Aztoday Xəbər Portalı

ABŞ federal hökumətinin aylıq büdcə kəsiri iyun ayında 864 milyard dollar olmaqla tarixin ən yüksək səviyyəsinə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Xəzinə Nazirliyinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 8,4 milyard dollar təşkil etmişdi.

1 oktyabr 2019-cu ildən 30 sentyabr 2020-ci il tarixə qədər olan dövrü əhatə edən 2020 maliyyə ilində aylıq büdcə kəsrinin belə rekord həddə olması pandemiya səbəbindən hökumətin xərclərinin artması və vergilərin azalması olub. Beləliklə, aylıq xərclər 1,1 trilyon dollar, gəlirlər isə 240,8 milyard dollar olub.

2020 maliyyə ilinin 9 ayı ərzində isə büdcə kəsiri 2,7 trilyon dollara çatıb. Ötən maliyyə ilinin müvafiq dövrü üzrə isə bu rəqəm 747,1 milyard dollar olmuşdu.

Belə ki, cari maliyyə ili üzrə xərclər ötən maliyyə ili ilə müqayisədə 49 faiz artaraq 5 trilyon dollara yüksəlib, gəlirlər isə 13 faiz azalaraq 2,2 trilyon dollara düşüb.

Qeyd edək ki, yeni tip koronavirus pandemiyası başladığından bu yana ABŞ hökumətinin təşfiq paketlərinin həcmi 3 trilyon dollar təşkil edib.

Bənzər Yazılar