İdman

Xulen Lopeteqi: “Qarabağ”a hörmət edirik, amma…”

“Biz özümüzə, rəqibə və azarkeşlərə böyük hörmətlə yanaşırıq. Məzmunundan asılı olmayaraq, yaxşı oynamağa çalışırıq. İstənilən halda, meydana hamı tam heyətlə çıxır. Yaxşı oyun sərgiləmək və insanları məmnun etmək istəyirik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri “Sevilya”nın baş məşqçisi Xulen Lopetegi “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə mətbuat konfransında deyib.

Baş məşqçi start heyətini özü üçün müəyyən etdiyini bildirib: “Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apara bilməsidi. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur, meydana maksimal motivasiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq. İki hücumçu ilə oynamaq ideyam var, amma əsas məsələ mübarizə aparmaqdı. Çünki rəqibimiz qarşısına çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı, xal qazanmağım bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq”.

Lopeteqi növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmələrinə baxmayaraq, meydana 3 xal üçün çıxacaqlarını vurğulayıb: “Bu, Avropa Liqası matçıdı və qələbə istəyimiz var. Meydanda öz oyunumuzu sərgiləmək üçün kənar təsirə ehtiyacımız yoxdu. Hamı görüşə yaxşı şəkildə hazırlaşır. Komandanın yaxşı çalışması üçün vacib amillərdən biri də intensivliyi artırmaqdı. Qarşılaşmaların hamısı mürəkkəbdi. Biz hər zaman çox hücumlar etmək və yaxşı müdafiə olunmaq istəyirik”.

Bənzər yazılar

Back to top button