Hadisə

“Stadion işi” ilə bağlı növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu

Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli olub.

Qaynarinfo xəbər verir ki, növbəti proses dekabrın 4-də keçiriləcək.

Məlumat üçün deyək ki, cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərdim Namazovun sədrliyi ilə aparılır.

Nadir Əliyev və Alik Həsənov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirləndirilir.

Onlar dövlətin balansında olan stadionları satmaq adı ayrı-ayrı şəxslərin külli miqdarda pulunu mənimsəyib.

Nadir Əliyev və Alik Həsənovun qurbanlarına dəymiş zərər milyonlarla manatdır.

Bənzər yazılar

Back to top button