Cəmiyyət

Türkiyədə müalicə olunan Vahid Əhmədov Bakıya qayıtdı

Milli Məclisin deputatı Vahid Əhmədov Türkiyədən Azərbaycana qayıdıb.

Bu barədə Modern.az-a deputatın köməkçisi Arif Orucov məlumat verib.

Arif Orucovun sözlərinə görə, Vahid Əhmədov özünü yaxşı hiss edir.

“Hər şey yaxşıdır. Vahid Əhmədov hazırda evdə müalicəsini davam etdirir”.

Qeyd edək ki, bir müddət öncə deputat Vahid Əhmədovun səhhəti ağırlaşmış və o, ürəyində yaranan problemlə əlaqədar təcili olaraq özəl təyyarə ilə Türkiyəyə apaılmışdı.

Millət vəkili hələ 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu….

Bənzər yazılar

Back to top button