Bizim seçimCəmiyyətHadisə

Bakıda 2340-dan çox şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş

Bakıda sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi və işıqforun qırmızı işığından keçmə ilə bağlı yol – hərəkəti qaydalarının pozuntularının sayı açıqlanıb.

Bu haqda modern.az saytına Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, 2018-ci ilin əvvəlindən avqustun 12-dək Bakı şəhəri üzrə sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə 2344 qayda pozuntusu aşkarlanıb.

“Həmçinin bu ilin avqustun 12-dək qeydə alınan pozuntuların 19 min 327-i məhz işıqforu qırmızı işıqda keçmə ilə bağlı olub”-deyə V.Əsədov bildirib.

Bənzər yazılar

Back to top button