ManşetSiyasət

Türkiyədən Ermənistana daha bir xəbərdarlıq

Rəsmi Ankara Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki təxribatlarını sərt şəkildə qınayıb

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Naziriyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddəki təxribatlarını sərt şəkildə qınayan bəyanatla çıxış edib: “Ermənistan hakimiyyəti Cənubi Qafqazdakı münaqişlərin nizamlanmasına necə töhfə verəcəyini öyrənməlidir və yeni gərginlik ocaqları yaratmamalıdır”.

Ermənistan sülhə və sabitliyə əsl maneə olan ikili davranışlarla Azərbaycan torpaqlarını işğal altında saxlayır

Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı açıqlamalarına cavab olaraq bəyanatda qeyd edilir ki, Ermənistan Türkiyəni ləkələmək kampaniyası ilə Azərbaycana qarşı təcavüz və təxribatları ört-basdır etməyə çalışır:
“Uzun illərdir Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə əsl maneə olan ikili davranışlarla Azərbaycan torpaqlarını işğal altında saxlayır. Əsassız iddialara və yalanlara söykənən xarici siyasət nə bölgəyə, nə də Ermənistanın özünə fayda verməyəcək”.

Ermənistan beynəlxalq hüquqa zidd olan təcavüzkar hərəkətlərini haqq qazandırmağa çalışır

Türkiyə Xarici İşlər Nazirliyinin yadıdğı deyə sənəddə daha sonra deyilir: “Rəsmi İrəvanın hərəkətlərində tarixi hadisələrə təhrif olunmuş bir yanaşma ilə nifrət təbliğatına əsaslanma mövcuddur. Bununla da Ermənistan beynəlxalq hüquqa zidd olan təcavüzkar hərəkətlərini haqq qazandırmağa çalışır. Ona görə də Türkiyə, İrəvanın təcavüzkar millətçiliyi alovlandıran pozucu münasibətindən təəccüblənmir. Biz Ermənistan hakimiyyətini fikirlərini dəyişməyə və dərinləşməsinə töhfə vermək əvəzinə Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasının bir hissəsi olmağa çağırırıq”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button