DünyaManşet

Qarabağ ermənisi işinin öhdəsindən gələ bilmədi

Müdafiə naziri D.Tonoyanın məşuqəsi Şuşanı yenə də əvəzolunmaz Artsrun Hovannesyan əvəzlədi?

Ermənistanın son təxribatı zamanı Azərbaycan tərəfi rəsmi şəkildə bütün itki və zərərləri açıqlasa da, uzun müddət Ermənistan Müdafiə Nazirliyi özünü hadisələrin onlara dəxli olmadığı kimi apardı. Daha doğrusu, ilk vaxtlarda sərhəddə nə baş verdiyi barədə bu qurumun mətbuat xidməti heç bir rəsmi açıqlama vermirdi. Yəni bütün Ermənistan və təbii olaraq qarşı tərəf (Azərbaycan) Ermənistanın müdaiə naziri David Tonoyanın Qarbağın Hadrut rayonundan olan məşuqəsi (hətta deyilənə görə, qeyri-rəsmi uşağının anası), MN-in mətbuat katibi Şuşan Stepanyanın şəxsi “Facebook” hesabındakı statuslarının ümidinə qalmışdı.
Əslən Qarabağdan olan, anası bəlli, atası müəmmalı bu erməni qızı da nazir Tonoyanın hesabına kefinə düşəndə bir-iki cümlə yazmaqla “heyran”larını ötüşdürürdü. Bir sözlə, Nikol Paşinyanın “Facebook”dan ölkəni idarə etmək üsulunu mənimsəyən Şuşan Stepanyanı sosial şəbəkədə söyən ermənilərin sayı azərbaycanlılardan çox olmağa başlayanda, deyəsən, D.Tonoyan səhvini başa düşdü. Sevgilisi Şuşanı istefaya göndərməsə də, birdən-birə bütün hakimiyyətlərin dövründə əvəzolunmaz kadr kimi vəzifəsində qalan Artsrun Hovannesyan jurnalistlərin qarşısında peyda oldu.

AzToday.az “Armenia today”-a istinadən xəbər verir ki, bu dəfə A.Hovannesyan “İcevan böhran məlumat mərkəzi”nin rəhbəri kimi brifinqdə çıxış edib və əməliyyat vəziyyətindən bəhs edib. Digər media orqanları onu “Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi” kimi təqdim edib. A.Hovannesyan isə başlayan kimi hələ də öz ampluasında olduğunu sübut edib. Belə köhnə dezinformativ fəaliyyətini ortaya qoyaraq brifinqdə bildirib ki, guya döyüşdə ilk dəfə olaraq Ermənistanın istehsalı olan PUA-lardan istifadə edib və Ermənistan silahlı qüvvələri Azərbaycanın 13 pilotsuz uçuş aparatını vurub. O qeyd edib ki, Ermənistanın beş-altı sərhəd yaşayış məntəqəsinə Azərbaycan tərəfdən 50-dən çox artilleriya mərmisi atılıb.

Onun yalanları bununla bitməyib. Sanki Amerikanı kəşf etmiş kimi, Azərbaycan tərəfinin 12 nəfər itki verdiyini bəyan edib. Hamı da bilir ki, Azərbaycanın 11 nəfər hərbçisi şəhid olub. Dezinformasiyanın mahiyyəti odur ki, A.Hovannesyan ermənilərin bütün beynəlxalq norma və prinsipləri pozaraq öldürdükləri 76 yaşlı qocanı da hərbçi kimi təqdim edib. Onun sözlərinə görə, Ermənistan ordusu cəmi 4 nəfər itki verib.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyinin dezinformasiya fəaliyyəti ilə seçilən fiquru iş başındadır. Öz məşuqəsinin fəaliyyəti qeyri-qənaətbəxş olsa da, onun vəzifəsindən azad etməyə cürət etməyən Ermənistanın müdaiə naziri Daviud Tonoyan yenə dezinformator Artsrun Hovannesyanın ümidinə qalıb. Sadəcə onu hansı vəzifəyə qoyacağı barədə tam qəti qərar verə bilməyib. Ona görə də gah o “İcevan böhran məlumat mərkəzi”nin rəhbəri, gah da “Müdafiə Nazirliyinin nümayəndəsi” kimi təqdim edilir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button