İqtisadiyyat

Qoşqar Təhməzlinin sədri olduğu AQTA-nın tabeliyindəki qurum “AVAZ GROUP”u yenidən qalib etdi – 1 milyon manatlıq tender

AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTi) “Stok üçün reaktivlərin satın alınması” ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, müsabiqənin qalibi “AVAZ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında 959.766,62 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 1000 AZN olan “AVAZ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mədət Sadıqov Baratəli oğludur.

Xatırladaq ki, mediada gedən məlumatlara əsasən adı çəkilən MMC dəfələrlər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qalibi olub və bu tenderlərin hər biri yarım milyon və milyonlarla manat dəyərində olub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir. AQTİ-nin sədri isə Əli Nəbiyevdir.

Bənzər yazılar

Back to top button