İdman

“Başakşəhər”in Arda Turana verdiyi maaş hamını şoka saldı: 27 milyon…

Xəbər verdiyimiz kimi, “Başakşəhər” klubu müğənni Berkay Şahinin burnunu qıran və daha sonra onun aparıldığı xəstəxanaya silahla hücum edərək atəş açan Arda Turanı 2,5 milyon lirə cərimə edib.

Fanat.Az xəbər verir ki, bu qərardan sonra Türkiyə mediası Ardanın maaşını araşdırıb. Məlum olub ki, “Başakşəhər” futbolçuya illik 4 milyon avro maaş verir. Bu isə hazırkı məzənnə ilə 27 milyon lirə deməkdi.

Qeyd edək ki, “Başakşəhər” Ardanı bu ilin yanvarında “Barselona”dan icarəyə götürüb. O, indiyədək Super Liqa klubunun heyətində 11 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button