Dünya

“Xəzər əjdahası” layihəsinin davamı olan icad ABŞ mediasında (FOTO)

ABŞ-ın “We Are The Mighty” hərbi media orqanı Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Çayka” ekranoplanını yaratmaq layihəsindən bəhs edən məqalə dərc edib. Nəşrin jurnalistlər A-050 modelini yeni “dəniz əjdahası” kimi xarakterizə ediblər.

Qaynarinfo xəbər verir ki, buna qədər SSRİ-də eksperimental “Xəzər əjdahası” əsasında inşa edilmiş “Lun” ekranoplan-raket daşıyıcısı olub. Dinamik bir hava yastığı üzərindəki “Çayka” gəmisi bu keçmiş icadın davamı kimi nəzərdə tutulur.

Məqalədə yeni ekranoplanın necə göründüyünü göstərmək üçün 2017-ci ildə Rusiyanın Cənubi Afrika səfirliyinin Tvitterdə paylaşdığı şəkildən istifadə edilib.

Bənzər yazılar

Back to top button