Dünya

“Wi-Fi” ilə internetə qoşulanlara — ŞAD XƏBƏR

Çinin elm adamları internetlə məlumatların ötürülməsində yeni bir mərhələyə qədəm qoyublar.

Aztoday.Az Ölkə.Az-a istinadən xəbər verir ki, bu barədə Çinin mərkəzi telekanallarından biri olan CCTV məlumat yayıb. Verilən məlumata görə, hazırda çinli alimlər “Wi-Fi” ilə internetə qoşulanlar üçün gözəl imkanlar yaradıblar. Artıq bu vasitə ilə internetə qoşulanlar yüksək sürətdən bəhrələnə biləcəklər.

Belə ki, nadir elementlərdən istifadə edilən “Lİ-Fİ” məlumat ötürülməsində prosesi daha da sürətləndirib. Alimlər bu qurğunun hazırlanmasında nanotexnologiyadan istifadə ediblər. Bu da interneti daha da sürətlərndirib və bağlantını daha da etibarlı edib.

“Lİ-Fİ” ilə internet “Wi-Fi”dan daha da sürətli işləyir. Bundan başqa, “Wi-Fi” bəzən divar kimi əngəlləri keçə bilməyir. Lakin “Lİ-Fİ”yə quraşdırılan LED tipli lampalar vasitəsilə siqnallar daha böyük maneələri yarır.

Ev, ofis və digər yerlərdə sınaqdan keçirilən “Lİ-Fİ” sistemi “Wi-Fi” ilə müqayisədə daha etibarlı olduğu ortaya çıxıb. Buna baxmayaraq, çinli alimlər hələ də bu sistemin üzərində çalışırlar. Çinli fizik Çü Sonq bildirib ki, “Lİ-Fİ” sistemi əhəmiyyətli sistemdir. Onun fikrincə, 6 il ərzində bu sistem informasiya bazarına daxil olacaq.

“Lİ-Fİ” Çindən başqa, Türkiyə və ABŞ-da da sınaqlardan keçirilir. Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən sınaqda məlum olub ki, “Lİ-Fİ” sistemi “Wi-Fi” ilə müqayisədə 100 qat sürətlidir. Bundan başqa, 2015-ci ildə aparılan sınaqlarda məlum olub ki, “Lİ-Fİ” ilə internet 50 GB sürətlə ötürülə bilir.

Bənzər yazılar

Back to top button