Siyasət

Elçin Əmirbəyov Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib

Bu gün prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əmirbəyov Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Elçin Əmirbəyov karyeralı diplomatdır, Azərbaycanın Fransada səfiri olub, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyində çalışıb.

Son illərdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi kimi beynəlxalq məsələlərlə məşğul olub.

Bənzər yazılar

Back to top button