İqtisadiyyat

Azərbaycanda bankların ciddi rəqibi ola bilər

Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb verməyə imkan verən yeni platforma yaradılır.

AzToday.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda V İnvestisiya yarmarkasında “Maliyyə” startapının həmtəsisçisi Cəfər Babayev deyib.

O qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.

Onun sözlərinə görə, “Maliyyə” şirkətinin baş ofisi və filialları olmayacaq: “Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”.

Bənzər yazılar

Back to top button