Dünya

Rus tarixçi: “SSRİ-nin bütün vətəndaşları yenidənqurma qurbanlarıdır”

Əgər Rusiyada güzəştli vətəndaşlar kateqoriyası tətbiq olunsa, o zaman təkcə ruslar deyil, postsovet məkanındakı bütün ölkələrin vətəndaşlarını bu kateqoriyaya daxil etmək lazımdır.

Qaynarinfo xəbər verir ki, bu fikri Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin müavini Boris Çernışovun “yenidənqurma qurbanları” adlı ayrı bir güzəştli kateqoriya yaratmaq təklifinə cavab olaraq Moskva Dövlət Pedaqoji Universitetinin Tarix və Siyasət İnstitutunun direktor müavini Vladimir Şapovalov deyib.

Bundan əlavə, tarixçi qeyd edib ki, belə bir kateqoriyanı tətbiq etməzdən əvvəl hadisələrin hərtərəfli elmi təhlilini aparmaq lazımdır: “Cəmiyyətimizin həyatındakı bu çətin mərhələni müşayiət edən hadisələr haqqında geniş ictimai müzakirəyə ehtiyacımız var”.

Şapovalovun fikrincə, “yenidənqurma qurbanları” adlı bir siyahı tərtib etməyə gərək yoxdur, lakin vəziyyətdən ən çox ziyan görmüş şəxslərin və ya ailələrin başına gələnlərə diqqət yetirmək faydalı olardı.

Qeyd edək ki, bir qədər əvvəl Dövlət Dumasında “yenidənqurma qurbanları” adlı güzəştli bir kateqoriyanın yaradılması təklif edilib. Millət vəkili Boris Çernışovun sözlərinə görə, SSRİ-nin milyonlarla sakini ölkədəki vəziyyətdən müxtəlif dərəcələrdə əziyyət çəkib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button