Dünya

Bil Qeyts mikroçip söhbətləri haqda ilk dəfə danışdı

Şəxsi fonundan koronavirusla mübarizə üçün 300 milyon dollar ayıran dünyanın ən zəngin adamlarından olan Bil Qeyts barəsində yayılan iddialarla mübarizə aparır. ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Roger Stonun koronavirus pandemiyasının yayılmasından Bil Qeytsin rolu olmasını deməsi isə bu iddiaların ən pik nöqtəsi olub.

Qaynarinfo xəbər verir ki, Qeyts koronavirus epidemiyasını yayması, bundan istifadə edərək insanlara mikroçip taxmaq xəyalında olduğu barədə şayiələrin əsassız olduğunu bildirib. Bununla heç bir əlaqəsi olmadığını deyən “Microsoft” rəhbəri bu iddiaların nə zaman və necə ortaya çıxdığını da bilmədiyini ifadə edib.

O, ötən həftələrdə “Bloomberg”ə verdiyi açıqlamada koronavirus pandemiyasının dünyaya trilyonlarla dollara başa gələcəyinə diqqət çəkmiş, peyvəndin 1 ildən tez hazır olmayacağını söyləmişdi.

Bənzər yazılar

Back to top button