Dünya

Pompeo Çinin Hyustontakı konsulluğunun bağlanmasından danışdı

“Texas ştatının Hyuston şəhərindəki Çin konsulluğunun bağlanması ABŞ iqtisadiyyatını və işlərini qoruma strategiyasının bir parçasıdır”.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib. O, atılan addımların ABŞ-ın milli mənafeyini qorumaq naminə olduğunu bildirib.

“Çin Kommunist Partiyasınını necə davranacağına dair dəqiq gözləntilər ortaya qoyuruq. Və bunu etmədikləri zaman Amerika xalqını qoruyan, təhlükəsizliyimizi, milli mənafeyimizi qoruyan və həmçinin iqtisadiyyatımızı və işlərimizi qoruyacaq addımlar atacağıq. Prezident Trampın etdiyi budur. Və bunu davam etdirəcəyik”.

Qeyd edək ki, ABŞ da könüllü şəkildə Vuhandakı baş konsulluğunu bağlamaq qərarına gəlib. Amerikalı rəsmilər bu addımının iki ölkə arasında diplomatik münasibətlərdə yumşalmaya xidmət edcəyinə ümid edrilər.

Bənzər yazılar

Back to top button