ManşetSiyasət

ABŞ Ərdoğanı ortadan götürmək üçün hərəkətə keçib — Rus politoloqdan sensasion açıqlama

Rus politoloq Ərdoğan və Türkiyə haqda şok açıqlama ilə çıxış edib.

Rusiyalı politoloq Yevqeni Tarlo ABŞ-ın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı öldürmək üçün hər şeyi edəcəyini bildirib.
Politoloq bildirib ki, ABŞ Türkiyənin müstəqil siyasət aparmasından çox narahatdır və bunun qarşısını almaq üçün lazımı tədbirlər görəcək:

“Qərbin Rusiya və Türkiyəyə qarşı siyasəti Moskva və Ankaranı yaxınlaşdırıb. Türkiyədəki keçən il 15 iyul çevrilişinə cəhddə də ABŞ-ın əli var idi. Ərdoğan iqtidarda olduğu müddətdə Vaşinqtonun o bölgədə çox ciddi problemləri olacaq. Bunun üçün də ABŞ Ərdoğanın aradan qaldırılması üçün nə gərəkirsə edəcək. Bundan başqa Ərdoğana qarşı etirazlar, Ukraynadakı kimi bənzər hadisələr, ekomonik təzyiq gözlənilir. ABŞ-ın bölgədəki Kürdistan layihəsi də Türkiyəni hədəfə alır”.
Azerinfo.az

Bənzər yazılar

Back to top button