CəmiyyətManşet

Lerik meşələrinin fəryadı rəsmi Bakıya çatmırmı? – (VİDEO/FOTO)

Cənab prezident islahatlar aparır. ETS-nazirliyinin bölgə idarəlırinin bəziləri dağıdıcılıqla,talançılıqla,rüşvətxorluqla məşğul olur. Belə neqativ hallar həm nazirliyin imicinə zərbə vurur,biabır edir və həmdə öz pis əməlləri,yarıtmaz vərdişləri ilə cənab prezidentimizin apardığı islahatlara kölgə salırlar.

Məhz vəzifəli şəxslərin havadarlığı ilə meşələrin,ağacların məhv edilməsi hesabina biznes qurulur,alver baş alıb gedir. Artıq neçə vaxtdır ki bəzi media qurumları həyəcan təbili çalmaqdadır.

Bizdə Azinfo TV olaraq apardığımız müşahidələr,çəkdiyimiz şəkillər,video çəkilişlər reportajlar belə bir qənaətə gəlməyə bizə əsas verir ki Azərbaycanda neçə illərdir meşələrin qırılması ilə yaranan problemlər aradan qalxmır.

Haqlı olaraq mütəxxəsislər bildirirlər ki meşələrin qanunsuz qırılmasının qarşısı vaxtında alınmasa,ölkədə ağır ekoloji fəlakətlər,eroziya proseslərin genişlənməsi

və digər təhlükələrlə üz-üzə qalmaq problemləri yaşana bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəisi Hikmət Əlizadə etiraf edib ki,ölkəmizdə meşələrə qarşı arzu etdiyimiz münasibət yoxdur.

Son günlər Lerik meşəlırində yenidən baş verən “yaşıl soyqırım “-əməliyyatı bizi yenidən bu mövzuya qayıtmağa məcbur etdi. Lerikdə Təbəssüm restoranının yanında -23-ci dolayda iyunun əvvəlində yenidən ağacların kəsilməsi hadisəsi ilə üzləşən bilgilər aldıq.

Hadisə yerində dəqiqləşdirmə apardıqdan sonra bu ərazinin meşə gözətçisi İlqar Şahbazovun,sahə müdüri Tərlan Qəribovun nəzarət etdiyi ərazilərdə baş verdiyinə əmin olduq. Analoji hadisələr,olaylar Lerikin Hücü kəndindədə -16-dolayda da baş verib. Baxmayaraq ki bu yaxınlarda Lənkəran Regional Meşə Təsər rüfatı idarəsində öz rəis postunu itirən Şahin Cəfərov belə məs uliyyətsizliyə görə işdən qovulmüşdur təssüflər olsun ki onun yerinə gələn Füzuli Bayramov artıq öz sələfini geridə qoyur. Aldığımız məlumata görə Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından bu işlərlə hüquq mühafizə orqanları məşğul olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1saylı ərazi üzrə Ekologiya və təbii sərvətlər -idarəsinin-şöbəsinin rəisi cənab Rəfael Tahirov bütün bu neqativ hallara birbaşa cavabdehdir və məsuliyyət daşıyır.Onun rəhbərlik etdiyi qurum öz huquqi məsuliyyətini dərk edərək qətiyyətli mübarizə nümayiş etdirmək əvəzinə kimlərəsə himayədarlığ etməklə məşğuldur. Şahin Cəfərovun yerinə Füzuli Bayramovun gətirilməsi yaxşılığa doğru heç nəyi dəyişmədi. Əksinə daha bundan betər oldu. Bu gün əlbəttə bizdə bilmək istərdik ki Rəfael Tahirovun rəhbərlik etdiyi qurum hansı şəxsi maraqlara xidmət edir?Bu qədər özbaşınalıqlara göz yummaq,deyilən iradları qulaq ardına vurmaq hansı məntiqdən xəbər verir?Füzuli Bayramovun bu qanunsuz əməllərə qarşı ciddi tədbir görməməsinin səbəbi nədir?

Bizdə Azinfo TV olaraq araşdırmalarımızı davam etdirəcək, aidiyyatı qurumların bu məsələlərə aydınlıq gətirmələrinə cavab gözləyəcəyik. Qarşı tərəfində mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.

https://youtu.be/m3PH27s5yHg

Bənzər yazılar

Back to top button