İqtisadiyyatManşet

Elmar Vəliyev “Qırmızı Otel”-ini 5 milyon manata satışa çıxarıb (VİDEO)

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu deyilən “Qırmızı Otel”in 5 milyon manata satışa çıxarıldığı iddia edilir.

AzToday.az xəbər verir ki, bu barədə demokratik.az saytı məlumat yayıb.

Saytın yazdığına görə, otelin yerləşdiyi Hacıkənd qəsəbəsində bu barədə söz-söhbətlər dolaşır. İddia olunur ki, məlum sui-qəsd hadisəsindən bu yana Otelin tikinti-tamamlanma işləri durdurulub. Ara-sıra Otelə baş çəkən Vəliyevlər ya maddi sıxıntılar və ya ictimaiyyətə məlum olmayan səbəblər üzündən Oteli satmaq qərarına gəliblər.

Xatırladaq ki, sözügedən Otel və əhatəsindəki irihəcmli torpaq sahəsi Gəncə ATS-in mülkiyyəti olub, Elmar Vəliyevin diqtəsilə illər öncə qəsb edilərək köhnə rabitə binası sökülüb və yerində Vəliyevin şərəfinə 6 mərtəbəli otel tikilib. Otel tikintisində Gəncə şəhərinin abadlığı üçün nəzərdə tutulan tikinti materiallarından istifadə olunduğu iddia olunur.

Bənzər yazılar

Back to top button