ManşetSiyasətXəbərlər

İŞİD Cənubi Qafqazda Yeni Terror təşkilatı yaradır

İŞİD dünyada yeni terrorçu şəbəkəsi yaratmaq niyyətindədir. Beynəlxalq terrorçu təşkilatları Əfqanıstana yerləşib. Onlar buradan Rusiyaya hücumları həyata keçirir”, deyə Federal Təhlükəsizlik bürosunun direktoru, Milli antiterror Komitəsinin sədri ordu generalı Aleksandr Bortnikov bəyan edib.

İŞİD-in Suriya və İraqda məğlubiyyətindən sonra nə gözlədiyi və Cənubi Qafqaz üçün hansı təhlükəni yaratdığı barədə rus politoloq, siyasi elmlər doktoru, M. V. Lomonosov adına MDU-nun professoru, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü Andrey Manoylo Eurasia Diary-ə müsahibə verib.


Onun sözlərinə görə, İŞİD Suriyada məğlub olduqdan sonra mövcudiyyətini qoruyub saxlayacaq, hərbi münaqişənin təxribatçı terror formasına keçəcək.

“Belə ki, terrorçular gizlənəcək, lakin döyüşməyə davam edəcək. Bu məqamı gələcəkdə beynəlxalq terrorizmlə mübarizədə nəzərə almaq lazımdır.

Taliban hərəkatında da mücahidləri Şimal İttifaqından sıxışdırmaqla nizami ordu olduqlarına qərar verib müharibəyə başladılar. Lakin bu vaxt amerikalılar gəldi və 2 ay içində taliblərin ordusunu darmadağın etdilər, onları dağlara qovdular və bundan sonra taliblər barədə 8 ay Əfqanıstanda heç kim eşitmədi. Sonra onlar anladı ki, orduya malik olduqlarını düşünmələri yanlış idi və adi partizan müharibəsi aparmağa başladılar.

İŞİD-lə də eyni hal baş verir. Ekspertin fikrincə İŞİD dördüncü nəsil şəbəkə xarakterli terrorçu təşkilatıdır. Və onun idarə olunması məhz şəbəkəli olmaqla gizlilik prinsipinə əsaslanır. Qalib dövlətlər Suriyanın müxtəlif zonalara bölünməsi uğrunda aralarında ixtilaf yaranandan və bu regonu tərk etdiklərindən sonra İŞİD qısa zamanda yeni muzdlular toplayaraq qayıdacaq.

“İŞİD taktikasını dəyişmir və dəyişməyəcək: Suriyada məğlub olduqdan sonra o Liviyada formalaşacaq. Orada artıq İŞİD-in bütün dünyaya qarşı açıq müharibəsinin yeni fazası başlayacaq. Əgər İŞİD Liviyada məğlub olarsa, Tunisə gedəcək və s.”, deyə ekspert bildirib.

Andrey Manoylo deyib ki, İŞİD-in bütövlükdə dünya, xüsusilə Qafqaz üçün təhlükəsi əvvəlki kimi qalmaqdadır: qruplaşmanın gizli-terrorçu şəbəkəsi şaxələnəcək və o Cənubi Qafqaza da çatacaq.

“Şəbəkənin peyda olduğu hər yerdə diqqqət cəlb etmək üçün “səhnələşdirilmiş” terror hücumları törədərək İŞİD-in himayədarlığı altında olmaq istəyən yerli ekstremistlər baş qaldırır.

Qeyd etmək lazımdır ki, İŞİD Avropa istisna olmaqla, digər regionlara öz döyüşçülərini göndərmir – yerli radikal qruplaşmalar özləri könüllü şəkildə qara rəngə boyanıb İŞİD simvol və ideologiyasını qəbul edirlər. Əfqanıstanda taliblər və hökumət qüvvələri əleyhinə vətəndaşlığını dəyişmiş elə həmin yerli taliblərdən ibarət İŞİD kontingentləri də bu cür döyüşür”, deyə ekspert fikrini tamamlayıb.
http://eurasiadiary.com

Bənzər yazılar

Back to top button