Siyasət

Türkiyədə yeni PUA hazırlanıb

Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsi Pilotsuz uçuş aparatlarının layihələrini fəal şəkildə dəstəkləyir.

AzToday.az xəbər verir ki, ölkənin yerli Nurol BAE Systems (BNA) müdafiə şirkətinin mütəxəssisləri “Alesta” pilotsuz uçuş aparatını hazırlayıblar.

BNA-nın baş direktoru Eray Gökalp “Alesta”nın parametrlərinə görə digər pilotsuz uçuş aparatlardan ciddi şəkildə fərqləndiyini bildirib:

“Yeni pilotsuz uçuş aparatı dönə bilən qanadların xüsusi konfiqurasiyasına malikdir ki, bu da ona helikopterin üstünlüklərini verir. Bu PUA-lar elektrik mühərriklə təchiz olunub, uçuş-enmə zolağına ehtiyac yoxdur və bu zaman cihaz vertolyotdan daha böyük məsafələrə uça bilər”

Gökalp qeyd edib ki, yeni pilotsuz uçuş aparatlarının sınaqdan keçirilməsinə avqust ayında başlanılacaq, seriya buraxılışı isə artıq 2021-ci ildə başlana bilər. (unikal.org)

Bənzər yazılar

Back to top button