Hadisə

Daxili İşlər Nazirliyi 2022-ci ildə cinayətkarlığa qarşı mübarizə barədə

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2022-ci ildə cinayətkarlıqla mübarizənin yekunlarına dair Kollegiya iclası keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, nazir Vilayət Eyvazov öz məruzəsində bildirib ki, 2022-ci ildə 36 494 cinayət qeydə alınıb və cinayətlərin 83,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Onun sözlərinə görə, cinayətlərin 89,7 faizinin üstü açılıb. Ağır və xüsusilə ağır cinayətlərin 85,3, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7, şəxsiyyət əleyhinə olanların 98,2, mülkiyyət əleyhinə olanların 81,8 faizi açılıb.

Müşavirədə qeyd olunub ki, 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4 faiz azalıb.

Eyvazov bildirib ki, 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 nəfər həbs edilib.

Nazir qeyd edib ki,2021-ci illə müqayisədə 2022-ci ildə 373 kiloqram çox – 3 ton 418 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxaırlıb, 172 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Bənzər yazılar

Back to top button