Dünya

İran bunu ilk dəfə etdi: raket yerin altında işə salındı

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) illik hərbi təlimlər çərçivəsində ilk dəfə yerin altından ballistik raket atıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı SEPAH-ın Hava Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə məlumat verib. O, artıq ənənəvi raket atma sistemlərindən istifadə etmədiklərini bildirib.

“Anidən yerin altında basdırılmış olan raketlər işə salınacaq və hədəfi tam dəqiqliklə vura biləcək”, – deyə general əlavə edib.

Hacızadə eyni zamanda təlim çərçivəsində PUA-larla öncədən müəyyənləşdirilmiş hədəflərin də uğurla məhv edildiyini deyib.

ABŞ-a aid maket döyüş təyyarəsinin hədəf seçildiyi təlimdə İran orbitə göndərdiyi “Nur” adlı hərbi peykini də görüntü almaq üçün istifadə edəcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button