İdman

Neymar: “Ronaldonu dəli adlandırırdılar, amma…”

“Əl-Hilal”ın yeni transferi Neymar ulduzların Avropadan Səudiyyə Ərəbistanına getməsindən danışıb.

Qol.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bildirib: “Məncə, hər şeyi Kriştiano Ronaldo başlatdı. Ronaldo “Əl-Nəsr”ə keçəndə hamı onu dəli adlandırırdı. Amma bu gün görürük ki, liqa getdikcə böyüyür”.

Qeyd edək ki, ötən ilin dekabr ayıda məşhur hücumçu Kriştiano Ronaldonun “Əl-Nəsr”ə keçidindən sonra dünyanın bir çox ulduz oyunçusu Səudiyyə Ərəbistanı klublarına transfer olunub. “Əl-Hilal” isə 2 gün əvvəl Neymarla 2 illik müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button