Dünya

Daxili İşlər naziri reydlərdə iştirak etdi

Türkiyəli nazir Süleyman Soylu dayandırılmış nəqliyyat vasitələrində olan uşaqlara hədiyyələr verib

AzToday.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu paytaxt Ankaradan vertolyotla Kırıkkaləyə gedərkən Ankara-Kırıkkalə şosesinə havadan nəzarət edib. Eyni zamanda, nazir S.Soylu, Jandarma Baş komandanı general Arif Çətin, Təhlükəsizlik rəisi Məhmət Aktaş və Trafik Planlaşdırma və Dəstək İdarəsinin rəisi Məhmət Yavuzdan yol nəzarəti haqqında məlumat alıb.

Daha sonra Kırıkkalə Regional Trafik Nəzarət Şöbəsinin qarşısında yol-hərəkət reydinə qatılan Süleyman Soylu sürücülərə və sərnişinlərə xəbərdarlıq edib və dayandırılmış nəqliyyat vasitələrində olan sərnişinlərə, xüsusilə uşaqlara hədiyyələr verib.

Onu da qeyd edək ki, Qurban bayramı münasibətilə polisin sıx iş rejiminə keçməsini yoxlayan Daxili İşlər naziri Süleyman Soylu deyib ki, bayram tətili ərzində 12 min 420 komanda tərkibində 163 min polis və jandarma və tətil müddətində əməliyyat şəraitinə nəzarət edəcək.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button