İqtisadiyyat

Söhbət 62 milyon manat əmanətin vətəndaşa qaytarılmasından gedir… – Deputat

“Mərkəzi Bankın bugünkü açıqlaması əmanətçilərin hüquqların qorunması baxımdan təqdirəlayiqdir”.

AzToday.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın sədri Elman Rüstəmovun bağlanmış banklarla əmanətçilər arasında yaranmış problemlə bağlı açıqlamasını şərh edərkən deyib.

Deputat qeyd edib ki, Konstitusiya Məhkəməsi iyulun 28-də blok olunmuş əmanətlər ilə bağlı məsələyə baxıb:

“Məhkəmə yekun qərarını ictimaiyyətə yaxın günlərdə təqdim edəcək. Mərkəzi Bank sədrinin bugünkü bəyanatından hiss olunur ki, nəzarətedici qurumlar məhkəmədən pozitv, yəni vətəndaşların xeyirinə qərar gözləyirlər. Təbii ki, biz də vətəndaşların xeyirinə qərarın qəbul ediləcəyinə ümid edirik. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir və göründüyü kimi də məbləğ kifayət qədər böyükdür”.

Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın bugünkü açıqlamasında diqqəti çəkən iki mühim məqam var:

“Birincisi, əvvəllər bizim də qeyd etdiyimiz kimi, Mərkəzi Bank da bu məsələdə əhalinin heç bir günahının olmadığını bəyan edib. Bu o deməkdir ki, günah vətəndaşların deyil, qanunsuz əmanət qəbul edən bankların olduğu üçün vətəndaşların pullarının tam məbləğdə qaytarılmasına ehtiyac var. İkincisi, Mərkəzi Bank bizim təklifləri dəstəkləyir və bank menecerlərinin məsuliyyətinin artırılmasının tərəfdarıdır. Bununla bağlı, Mərkəzi Bank Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təklif irəli sürəcək. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bugünkü açıqlaması əmanətçilərin hüquqların qorunması baxımdan təqdirəlayiqdir”.

Bənzər yazılar

Back to top button