Gündəm

Təhsil Nazirliyinin səlahiyyətləri artırıldı (FƏRMAN)

Təhsil Nazirliyinin səlahiyyətləri artırılıb.

AzToday.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmanla “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Əsasnamənin 8.8-ci bəndinə əsasən, Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya xidmətini yaradır.

Fərmanla təhsil müəssisələrinə akkreditasiya şəhadətnaməsinin verilməsi də Təhsil Nazirliyinin funksiyalarına əlavə olunub.

Həmçinin Təhsil Nazirliyi tabeliyində olan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işini təşkil edəcək.

Nazirlik özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin fəaliyyətini təşviq edəcək və dəstəkləyəcək, onlara metodik kömək göstərəcək.

Bənzər yazılar

Back to top button