Cəmiyyət

“Bir az sonra insanların normal immuniteti olmayacaq… Bakı boşaldılsın”

Son günlər bəzi məşhurlar istirahət üçün Türkiyəyə üz tuturlar. Miri Yusif, Ayan, Tolik, o cümlədən Səfurə bu qəbilə daxil olan məşhurlardır. Lakin məlumdur ki, hazırda ölkəmizin 16 bölgəsində xüsusi karantin rejimi hökm sürür. Bununla əlaqədar Bakı qeydiyyatında olan şəxslərin rayonlara gediş-gəlişinə icazə verilmir. Sıravi vətəndaşların işsizliyin, maddi problemlərin hökm sürdüyü bir dövrdə xaricə səfər etməsi isə bir növ mümkünsüzdür.

Maraqlıdır, mövcud vəziyyətdə məşhurların bu kimi davranışları insanları qıcıqlandıra bilərmi?

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında bildirib ki, insanlara azadlıq verilməli və şəhər boşaldılmalıdır:

“Mən bu məşhurların heç birini tanımıram. Sən Allah, görün, biz kimlərdən danışırıq?! Bu adamların başını buraxmaq lazımdır. Miri Yusif yaxşı oğlandı. Gedib, yaxşı eləyib. Getmək istəyirlərsə, getsinlər, insanlara azadlıq vermək lazımdır, amma qaydalara da əməl etsinlər. İnsanlara rayonlara getməyə də icazə verilsin, şəhər biraz boşalsın. Bir müddət sonra insanların normal immuniteti olmayacaq. Ona görə də onları kəndlərə buraxsınlar. İnsanlar orada da maska taxıb məsafəni gözləyə bilər. Allah millətin evini tiksin, sabunla əl yumaq nə çətin işdir ki? Hamını Bakıda saxlamağın nə adı var?”.

Bənzər yazılar

Back to top button