Sağlamlıq

Koronavirus xroniki ürək xəstəliyinə səbəb ola bilər

“Kovid-19 ağciyərlərdə iltihablı xəstəliyə yol açır, lakin iltihablanma prosesi ürək-damar sisteminə, qana, ürəyə, digər orqanlara da yayılır. Bu səbəbdən bir çox hallarda xəstəlik yüngül və ya orta olsa da, bir çox orqana təsir göstərə bilir. “.

Qaynarinfo xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının İcraçı direktoru Maykl Rayan deyib. O, yeni tip koronavirus infeksiyasının insan səhhətində törətdiyi fəsadlardan danışıb, virusun gələcəkdə uzunmüddətli xroniki xəstəliklərə səbəb ola biləcəyini vurğulayıb.

“Bu infeksiyanın uzunmüddətli təsirinin hansı nəticələr doğura biləcəyini tam bilmirik. Lakin iltihablı reaksiyalar özlüyündə ziyan vura və uzun müddətli ola bilər. Belə ki, ürək-damar sistemindəki hər hansısa bir iltihablanma mərhələsi daha uzunmüddətli ürək xəstəliyinə yol açır. Bu, daha sonra üzə çıxa biləcək digər xroniki ürək xəstəliklərini sürətləndirə bilər”.

Qeyd edək ki, dünyada 17 milyon 350 mindən çox insan Kovid-19-a yoluxub, 673 mindən çox insan həyatını itirib. Virusun ən çox yayıldığı ölkələr ABŞ, Braziliya və Hindistandır.

Bənzər yazılar

Back to top button