Siyasət

“İlham Əliyevin növbəti qətiyyətli çıxışı erməni tərəfinə dərs oldu”

“Biz bütün qalan şərtləri də rədd edirik və prezidentin də dediyi kimi, kağızı da zibil vedrəsinə atırıq”

Bunu “MediaPost”a açıqlamasında Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib.

Onun fikrincə, ölkə prezidenti çıxışı ilə Azərbaycanın işğal olunmuş torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bütün vasitələrlə bərpa edəcəyini bildirib:

“Erməni tərəfinə bundan başqa necə izah etmək lazımdır ki, biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab prezident İlham Əliyevin onların absurd şərtlərini qəbul etməməsi qətiyyətli mövqeyimizi göstərdi. Bizə bir neçə rayon yox, işğal olunmuş bütün ərazilər lazımdır. Ermənistan baş nazirinin Azərbaycana yeddi şərt irəli sürməsi bizim üçün qəbuledilməzdir. Ali Baş Komandanın da dediyi kimi, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. “Dağlıq Qarabağ respublikası” var? Bu, gülməlidir, erməni tərəfi hələ də anlamır ki, yalnız Azərbaycan torpağı var”.

Ş. Sabiroğlu bildirib ki, bu gün Ermənistan özünü aldatmaqla siyasi arenada olmayan nüfuzuna qarşı ikrah doğurur: “Ermənistan qəbuledilməz şərtlər irəli sürməklə danışıqları mümkünsüz etməyə çalışır, bu da təbii ki, erməni tərəfinin ziyanınadır. Onlar ATƏT-nin Minsk qrupunun mövqeyini əks etdirməyən şərtləri ilə ağılsızlıqlarını göstərirlər. Düşünürəm ki, Ali Baş Komandan növbəti dəfə açıq şəkildə öz mövqeyini bildirdi. Bu məsələdə yeganə şərt var, o da bizim irəli sürdüyümüz şərt. Biz bütün qalan şərtləri rədd edirik və prezidentin dediyi kimi, kağızı da zibil vedrəsinə atırıq”.

Bənzər yazılar

Back to top button