Dünya

Ermənistan silahlı qüvvələri yüksək döyüş hazır vəziyyətinə gətirilib

Döyüş hazırlığının yoxlanılmasına işğalçı ordunun birinci eşelonunun birləşmələrinin hərbi hissələri və mərkəzə tabe olan qüvvələrin cəlb olunub

AzToday.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, cümə günü səhər tezdən Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi qoşunların döyüş hazırlığının qəfil yoxlanıldığını elan edib.

Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın “Facebook” səhifəsində qeyd edib ki, Döyüş hazırlığının yoxlanmasına işğalçı ordunun birinci eşelonun birləşmələrinin hərbi hissələri və mərkəzə tabe olan qüvvələrin bir hissəsi cəlb olunub və onlar yüksək döyüş hazır vəziyyətinə gətiriliblər.

Ermənistanın hərbi rəhbərliyi hərbi hissələrin qarşısında bölmələrin döyüş qabiliyyətini, mövcud vəziyyətdə çevik fəaliyyət bacarığını yoxlamaq tapşırığı qoyub. Bununla yanaşı, bölmələr və dəsətək qüvvələri arasında qarşılıqlı əlaqə problemlərinin də araşdırılması planlaşdırılır. Yoxlamalar zamanı atəşi idarəetmə təlimləri aparılacaq, əməliyyat-taktiki epizodlar sınaqdan keçiriləcək.

Qeyd edək ki, qəfil yoxlamalar Türkiyə və Azərbaycan silahlı qüvvələrinin Ermənistanla sərhədə yaxın olan Naxçıvan Muxtar Respublikasında keçirilən geniş təlimlər zamanı aparılması baxımından maraq doğurur.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button