Dünya

Hitlerin şəklini saytında yerləşdirən şəxsə cinayət işi açıldı

Rusiya Baş Prokurorluğu Hitlerin şəklini “Ölməz Alay”ın veb saytında yerləşdirən Tatarıstan sakininə qarşı ittiham aktını təsdiqləyıb.

Qaynarinfo xəbər verir ki, həmin şəxs faşizmin bərpası və narkotik maddə saxlamaqda ittiham edilib. Bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun rəsmi nümayəndəsi Andrey İvanov məlumat verib.

O, qeyd edib ki, Məhəmməd Əl-Əyyubiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354-cü maddəsinin 1-ci hissəsi (“Nazinizmin bərpası”) və 228-ci maddəsinin 1-ci hissəsi (“Narkotik vasitələrin xeyli miqdarda olması”) ilə nəzərdə tutulmuş cinayətlər törətmək ittihamı irəli sürülüb. Cinayət işinin mahiyyəti üzrə baxılmaq üçün Respublika Ali Məhkəməsinə göndəriləcəyi bildirilir.

İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs Adolf Hitlerin şəklini mayın 4-də Böyük Vətən Müharibəsi veteranları da daxil qeyri-məhdud sayda insana nümayiş etdirmək üçün “Ölümsüz Alay”ın saytında yerləşdirib. Polis şəxsin mənzilində narkotik maddə olan çətənə bitkisi də tapıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button