İqtisadiyyat

Büdcədə daha bir dəyişiklik – Rəqəm 30 milyard manata qaldırılır

Azərbaycanın 2020-ci il icmal büdcəsi ilə bağlı proqnozlara dəyişiklik edilir.

AzToday.az oxu.az-a istinad edərək, xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.

İcmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlirlərini, xərclərini funksional, iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir.

2020-ci ilin dövlət büdcəsində icmal büdcənin xərclərinin yuxarı həddi 29 milyard 488 milyon 124 min manat məbləğində təsdiqlənib.

Layihədə isə yazılıb ki, həmin rəqəm 30 milyard 308 milyon 342 min 200 rəqəmi ilə əvəzlənsin.

Layihə Milli Məclisin avqustun 4-dən etibarən keçiriləcək növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.

Bənzər yazılar

Back to top button