Dünya

Navalnının orqanizmində ölümcül təhlükəli maddə tapılıb

Navalnının orqanizmində ölümcül təhlükəli maddə tapılıbAleksey Navalnı “Polis əməkdaşı telefondan göstərir ki, məhz bu maddəni tapmışıq.

Bu, istintaq sirridir, lakin bu maddə ölümcül təhlükəlidir, bu maddə sadəcə Alekseyin deyil, həm də ətrafdakıların həyatı üçün təhlükəlidir, çevrədə hər kəs qoruyucu geyimdə olmalıdırlar”.

“Report” xəbər verir ki, bunu Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov bildirib.

Xatırladaq ki, ötən gün rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib. İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komanda olduğu bildirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button