İranşünas erməni: Ermənistan Türkiyənin daxili proseslərinə müdaxilə etməlidir

by Aztoday Xəbər Portalı

Vardan Voskanyan Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarını həyata keçirmək üçün bu ölkədəki milli və dini azlıqlardan istifadəni təklif edir

AzToday.az “Panorama.am”a istinadən xəbər verir ki, Yerevan Dövlət Universitetinin (YSU) İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan deyib ki, Ermənistan Türkiyənin daxili proseslərinə əsaslı şəkildə müdaxilə etməyə başlamalıdır: “Ərdoğan administrasiyasının misli görünməmiş laqeydliyini, təxribatçı davranışını və hərəkətlərini nəzərə alaraq, Ermənistan Türkiyənin daxili proseslərinə əsaslı şəkildə müdaxilə etməyə başlamalıdır”.

Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə üçün bu ölkədə yaşayan milli və dini azlıqların problemlərindən, xüsusilə kürdlər və ələvilərin ciddi problemlərindən istifadə etmək lazımdır: “Ancaq bu müdaxilə bacarıqlı şəkildə proqramlaşdırılmalı və Türkiyənin daxilində Ermənistanın müttəfiqlərindən ibarət dairə yaratmağa yönəldilməlidir. Ermənistanın ərazi və insan resursları baxımımından məhdud olmasına baxmayaraq, bunu intellektual üstünlüklərlə və buna əsaslanan proqramlı addımlarla tamamlaya bilməliyik ki, bu da dövlətimizin geniş müttəfiqlərinin formalaşmasına və düşmənlər üçün öz ərazilərində ən azı ciddi yeni çağırışların yaranmasına yönəldiləcəkdir”.

Göründüyü kimi, ötn əsrin əvvələində olduğu kimi, ermənilər Türkiyə ərazisində təxribatlar törədib, bu vəziyyətdən özlərinin Türkiyəyə qarşı ərazi iddialarını həyata keçirmək üçün istfadə etmək niyyətindədirlər.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar