Dünya

Rusiya vətəndaşı olmaq üçün prosedur sadələşirildi

Xarici vətəndaşların Rusiya vətəndaşlığı almaları üçün prosedur sadələşdirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə kommersant.ru-ya saytı məlumat yayıb. Məlumata görə, hökumət “Rusiya Federasiyasının vətəndaşlıq haqqında” qanuna müvafiq dəyişiklik edilməsi ilə bağlı layihə hazırlayır. Yeni qaydalara görə, xaricilər başqa bir ölkənin pasportundan imtina etmədən Rusiya vətəndaşlığı ala biləcəklər.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Daxili işlər nazirliyi Belarus və Ukrayna vətəndaşlarının rus dili müsahibəsindən azad edilmələri barədə təklif irəli sürmüşdü. Artıq bununla bağlı da layihələr yazılıb. Bundan əlavə Ukrayna, Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına yaşayış icazəsi aldıqdan sonra Ruisya vətəndaşlığını ala bilmələri də təkliflər sırasında idi.

Bənzər yazılar

Back to top button