Siyasət

Məhəmməd Kekalovun saxlanılması təsdiqlənib

Bazar ertəsi axşam “Abzas Media” səhər saatlarında ictimai fəal Məhəmməd Kekalovun mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq evindən aparıldığını bildiribr. Anasına ona yaxınlaşmasına imkan verməyiblər və Məhəmmədi zorla evdən çıxarıblar.

Həbs zamanı polis nə məhkəmə qərarı, nə də başqa sənəd təqdim etməyib, eyni zamanda, onun şəxsi əşyaları, o cümlədən kompüteri götürülüb. Bu barədə Məhəmmədin qardaşı məlumat verib.

Məhəmməd Kekalovun harada olduğunu müəyyən etmək mümkün olmayıb. Xatırladaq ki, bu gənc fəal azlıqlara və əlilliyi olan insanlara dəstək olmaq məqsədi daşıyan bir sıra layihələri idarə edir. (Turan)

Bənzər yazılar

Back to top button