İdman

Ronaldu PSJ-yə keçir?

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu PSJ-yə keçmək barədə düşünürmüş.

2019-cu ilin oktyabr ayında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Lokomotiv”lə oynanılan matçdan (2:1) sonra komandasının performansından narazı qalan Ronaldu özündən çıxıb. Qarşılaşmanın ardınca Andrea Anyelli, Pavel Nedved, Canluici Buffon və portuqaliyalı futbolçunun meneceri Jorje Mendeşin iştirakı ilə görüş keçirilib.

Fanat.az “France Football”a istinadən xəbər verir ki, məhz orada Ronaldu PSJ-yə keçmək istəyindən bəhs edib. O, Neymar və Kilian Mbappe ilə birlikdə oynamağın xəyalını qurduğunu bildirib. Portuqaliyalı oyunçunun onlarla münasibətləri yaxşıdı. Bununla yanaşı, o, Parisi sevir və orada yaşamaq istəyir.

Koronavirus pandemiyası ilə əlaqədar yaranan situasiya Ronaldunun planlarına təsir edib. Ulduz futbolçunun fikrini dəyişdiyi bildirilir.

2019-20 mövsümündə A Seriyasında 33 matçda meydana çıxan Ronaldu 31 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button