Mübariz Mənsimov həbsxanada FETÖ-çu jurnalistlə dava edib (ŞOK TƏFƏRRÜAT)

by Aztoday Xəbər Portalı

Türkiyənin “Silivri” həbsxanasında saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimovla FETÖ (Fəthullahçı terror örgütü) ittihamı ilə həbs olunan jurnalist Hidayet Karaca arasında dava olub.

AzToday.az Türkiyə mediasına istinadən xəbər verir ki, həbsxana dəhlizində bir-biri ilə üz-üzə gələn tərəflər arasında ilk əvvəl mübahisə yaranıb. Səbəbsə Hidayət Karacanın Mübariz Mənsimova “Reis reis diyordun, bak gördün mü Reisçiliğin sonunu” (Türkiyədə rəis sözü son illər prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə assosiasiya olunur – red) sözləri olub. Mənsimov isə bu sözlərdən əsəbləşərək “ O… Ç FETÖ’cüler sizin yüzünüzden milletin başına, Türkiye’nin başına ne büyük belalar geldi” deyə bağıraraq Hidayət Karacanın üstünə hücum edib.

Tərəflər arasında yaşanan insidentdən sonra Hidayət Karaca həbsxana rəhbərliyinə müraciət edərək Mənsimovun başqa yerə köçürülməsini tələb edib.

Qeyd edək ki, Mübariz Mənsimov da FETÖ ittihamı ilə saxlanılıb. Amma iş adamı bu ittihamları gülünc və əsassız sayır və həmişə FETÖ-ya qarşı olduğunu bildirib.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar